15 C
Baku
Thursday, November 6, 2025

Azərbaycanlı turistlər xaricə səfərdə 1.61 mlrd. manat xərc çəkiblər

Azərbaycan vətəndaşlarının xaricə turizm məqsədilə səfərləri zamanı çəkdikləri xərclər 2025-ci ilin yanvar–sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

Banker.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2025-ci ilin ilk 9 ayında vətəndaşların xarici ölkələrdə turizm məqsədilə ümumi xərcləri 1 milyard 607,3 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 69,7 milyon manat və ya 4,2% azdır. Turizm məqsədilə səfər edənlərin sayı isə 1 milyon 1,2 min nəfər təşkil edib. Bu, ötən ilin eyni dövründə qeydə alınmış 1 milyon 43 min nəfərlə müqayisədə 41,7 min nəfər və ya 4% azalma deməkdir.

2025-ci ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. Hesabat dövründə ümumilikdə 1 milyon 604,9 min nəfər xaricə səfər edib ki, bu da 2024-cü ilin müvafiq göstəricisi olan 1 milyon 647,1 min nəfərlə müqayisədə 42,1 min nəfər və ya 2,6% azdır.

Xərclərin strukturuna baxdıqda, nəqliyyat üçün 577,4 milyon manat xərclənib ki, bu göstərici ötən ilin eyni səviyyəsində qalıb. Yerləşmə xərcləri 396,9 milyon manatdan 374,6 milyon manata düşərək 22,3 milyon manat və ya 5,6% azalıb. Qidalanma xərcləri 322,1 milyon manatdan 314 milyon manata enib (2,5% azalma). Mədəniyyət və istirahət tədbirləri üçün çəkilən vəsait 6,9 milyon manatdan 4,9 milyon manata düşərək 29% azalıb. Turizm zərflərinin alınmasına yönəldilən xərclər də 53,5 milyon manatdan 47,2 milyon manata enib (11,7% azalma).

322322 234

Son xəbərlər
Digər xəbərlər