Bu ilin birinci rübündə Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin ümumi xərcləri 1,4 mlrd. lari (572 501 mln. dollar) təşkil edib.
APA-nın yerli bürosu Gürcüstanın Milli Turizm Administrasiyasının araşdırmasına istinadla xəbər verir ki, ziyarətçilərin bir səfər ərzində xərcləri orta hesabla 1 060 lari (433 dollar) olub.
Xərclərin 29,6%-i qida və içkilər, 22,2%-i isə yerləşməyə sərf olunub. Müalicə və mədəni tədbirlərə xərclər 18,3%, alış-verişə isə 12,1% təşkil edib. Gürcüstana səfər edən qonşu ölkələrin vətəndaşları arasında ən çox xərcləyən rusiyalılar olub (1 338 lari/574 dollar) Sonra isə Türkiyə (1 189 lari/486 dollar) və Ermənistan vətəndaşları gəlir (562 lari/229 dollar).
Azərbaycan vətəndaşlarının Gürcüstanda orta xərcləri 401 lari (164 dollar) təşkil edib. Qonşu ölkəyə səfərlərin 51%-i Tbilisi, 21,5%-i isə Batumiyə edilib.