21 C
Baku
Saturday, May 4, 2024

Azərbaycanlı ustaların hazırladığı xalça 33,7 milyon dollara satıldı

17-ci əsrə aid xalça New-York hərracında rekord məbləğə – 33,7 milyon dollara satıldı.

Sotheby`s hərrac evi bildirmişdir ki, üzərində üzüm tənəyi və rəngarəng güllər təsvir edilən xalça telefon vasitəsi ilə anonim bir şəxsə satıldı.

Xalça Vaşinqtondakı Korkoran incəsənət qalereyası tərəfindən satışa çıxarılmışdı. Səfəvilər dövrünə aid olan bu xalça qalereyanın kolleksiyasına 1926-cı ildə ABŞ senatoru Uilyam Klark tərəfindən vəsiyyət edilmişdi.

Xalçalar üzrə bundan əvvəl ki rekord 2010-cu ilin aprelində Londonda 9,6 milyona satılan xalçaya məxsus idi.

Qeyd edək ki, Səfəvilər – şah sülaləsi Ağ-Qoyunlular dövlətinin tərkibinə daxil olaraq XIV əsrdə Ərdəbilə hakimlik edirdilər. Sülalənin banisi I İsmayıl (1501-1524) idi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər