28 C
Baku
Monday, July 8, 2024

Azərbaycanlı xanım Rusiyanın ən iri Parfümeriya və Kosmetika şəbəkəsində rəhbər vəzifəyə təyin edildi

Həmyerlimiz Nərmin İsmayılova Rusiyanın ən iri Parfümeriya və Kosmetika şəbəkəsi olan “Letoile GCC”də Marketing, PR və Kommunikasiya rəhbəri təyin olunub.

Banker.az xəbər verir ki, Nərmin İsmayılova ofisi Dubay şəhərində olmaqla, şirkətin BƏƏ-də, o cümlədən bütün ərəb dövlətlərində olan mağazalarının marketinq departamentinə rəhbərliyi həyata keçirəcək.

Şirkətin artıq Qətər Dövlətində mağazası fəaliyyət göstərir və yaxın günlərdə Birləşmiş Ərəb Əmirliklərində bir neçə mağazası açılacaq. Bir müddət sonra şəbəkənin Bəhreyn, Küveyt, Oman və Səudiyyə Ərəbistanı Krallığında mağazalarının açılışı gözlənilir.

Nərmin İsmayılova daha öncə “Adore Kompani” və “Gazelli Group” şirkətlərinin Baş Direktoru olub.

Son xəbərlər
Digər xəbərlər