8 C
Baku
Tuesday, February 3, 2026

Azərbaycanlılar ən çox bu məsələlərdən şikayətçidir – Siyahı

2025-ci ildə “916” Çağrı Mərkəzinə daxil olan müraciətlər arasında ən çox kommunal problemlərlə bağlı şikayətlər qeydə alınıb.

Banker.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Statistik göstəricilərə əsasən, kommunal problemlər üzrə müraciətlərin sayı 1172 təşkil edib. Belə ki, bir qədər az fərqlə ünvanlı dövlət sosial yardımı ilə bağlı 1171 müraciət daxil olub. İlk onluqda yer alan digər müraciətlər sırasında isə müayinə və müalicə məsələləri (755), Dövlət Yol Polisinin fəaliyyəti (712), qeyri-obyektiv təhqiqat və istintaq halları (702), məhkəmə qərarının icra olunmaması (627), əlilliyin müəyyən edilməsi (616), müraciətin qeydə alınmaması (602), aliment məsələləri (602) və məşğulluq istiqamətində (599) müraciətlər yer alıb.

Bundan əlavə, statistikada ən az müraciət qeydə alınan sahələr də açıqlanıb. Belə ki, miqrasiya məsələləri ilə bağlı 46, uşaq zorakılığı üzrə 37, gömrük məsələləri üzrə 31, məhkəmə qərarının verilməməsi ilə bağlı 22, cinsi zorakılıq mövzusu üzrə isə cəmi 13 müraciət daxil olub.

1770103381 9564209b da29 4b65 bbe2 1035c47a6254

Son xəbərlər
Digər xəbərlər