12 C
Baku
Friday, March 29, 2024

Azərbaycanlılar bu il ərzağa daha çox xərc çəkir – rəsmi

2018-ci ilin yanvar-iyul aylarında bir istehlakçının əmtəə və ödənişli xidmətləri üzrə xərci orta hesabla ayda 372,1 manat olub.

Dövlət Statistika Komitəsindən Banker.az-a verilən məlumat görə, əhalinin bu yöndə xərcləri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,0 manat artıb.

Beləliklə, bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 292,7 manatlıq əmtəə alıb. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,5 manat çoxdur.

O ki qaldı xərclərin strukturuna, ölkənin hər bir vətəndaşı aylıq ərzaq məhsulları, içki və tütün məmulatlarının alınmasına 146,1 manat , qeyri-ərzaq məhsullarının alınmasına isə 146,6 manat sərf edib.

Ümumilikdə pərakəndə ticarət obyektlərində ərzağın alınmasına 10 milyard 021,1 milyon manat, qeyri-ərzaq məhsullarına isə 10 milyard 061,2 milyon manat yönəldilib. Dövriyyə 2017-ci ilin yanvar-iyul aylarına nisbətən 2,6 faiz artaraq, 20,1 milyard manat olub.

Rəqəmlərin təhlili göstərir ki, pərakəndə ticarət obyektlərində cari ildə qeyri-ərzaq məhsullarının dövriyyəsi faiz nisbəti ilə ərzaq məhsullarının dövriyyəsini üstələyib. Müvafiq olaraq bu rəqəm 3,2 və 1,9 faiz təşkil edib.

Son xəbərlər
Digər xəbərlər