İlin ilk yarımilliyində Azərbaycan Mərkəzi Bankının özünün likvidlik əməliyyatlarının aparılması zamanı, məhz pul bazası üzrə hədəfə əsaslanmışdır. Baş bankın prioriteti pul təklifi kanallarını tənzimləmək və bu yolla inflyasiyanın yüksəlməsinin qarşısını almaq olub. Bu barədə AMB-nin 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalına deyilir.
Monetar şərait ikinci rübdə nisbətən yumşalsa da ümumilikdə dövr ərzində neytral olub. İqtisadiyyatın, o cümlədən fiskal sektorun pula olan tələbinə adekvat olaraq pul siyasətinin başlıca əməliyyat hədəfini təşkil edən pul bazası 2017-ci ilin ötən dövründə 5.3% artmış və I yarımilliyin sonuna 8274.5 mln. manat təşkil edib. Bu da ödəniş sisteminin sabitliyini təmin etməklə bərabər iqtisadiyyatın I yarımillikdə manatla geniş pul kütləsi (M2) 1% azalaraq dövrün sonuna 11435.9 mln. manat təşkil edib.
Fiziki şəxslərin manat depozitində artım var
Manatla pul kütləsinin (M2) strukturunda nağd pul kütləsi, fiziki şəxslərin əmanətləri və hüquqi şəxslərin depozitləri fərqli dinamika nümayiş etdirmişlər. Belə ki, dövr ərzində nağd pul kütləsi 6.2%, fiziki şəxslərin manat əmanətləri 21.2% artmış, hüquqi şəxslərin manat depozitləri isə 21.9% azalmışdır.
Lakin, manatla müddətli depozitlər dövr ərzində 16%, tələb olunanadək depozitlər isə 3.7% azalmışdır. Hesabat dövrü ərzində geniş pul kütləsi (M3) 0.4% artmış və dövrün sonuna 20 mlrd. 973 mln. manat təşkil edib.
De-dollarizasiya kəskin azalıb
Cari ildə bank depozitlərinin dollarlaşması səviyyəsində əhəmiyyətli dəyişiklik baş verməmişdir. Belə ki, xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi ilin əvvəli ilə müqayisədə 0,9 faiz bəndi artaraq I yarımilliyin sonuna 45.6% təşkil edib.
Xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi isə ilin əvvəlində 64.4% təşkil etdiyi halda yarımilliyin sonuna 67.2% təşkil etmişdir.
AMB-nin yanvar-iyun aylarına olan icmalına görə, fiziki şəxslərin manatla əmanətləri 21.2% artmış, xarici valyutada əmanətləri isə 19.5% azalmışdır. Nəticədə, fiziki şəxslərin əmanətlərinin dollarlaşması səviyyəsi ilin əvvəlindəki 79.6%-dən 73.4%-ə enmişdir.