17 C
Baku
Saturday, May 4, 2024

Azərbaycanlılar İsveçrədən bahalı qol saatların alışını artırıblar – Orta qiyməti $47 000 olan qol saatları alınıb

Azərbaycan əhalisi bu il İsveçrədən aldığı bahalı qol saatların sayını bir qədər də artırıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, 2023-cü ilin ilk üç rübü ərzində İsveçrədən ümumilikdə 10 046 ədəd qol saatı idxal edilib. Bu saatlarının ümumi idxal dəyəri $9.22 mln. təşkil edir. Ötən ilin eyni dövründə Azərbaycana İsveçrədən 8 418 ədəd cəmi qol saatı idxal edilmişdi ki, bunun da dəyəri $6.13 mln. idi.

Məlumatda qeyd edilir ki, ən çox idxal edilən qol saatı adi korpuslu elektriklə işləyən mexaniki indikasiyalı qol saatlarıdır. Belə ki, 8 483 ədəd idxal üçün ölkədən xaricə $2.32 mln. valyuta İsveçrəyə köçürülüb.

Bununla belə, idxal edilmiş bahalı qol saatların sayı da yüksəlib. Belə ki, müddət ərzində 61 ədəd qiymətli metaldan avtomatik qurulma ilə işləyən qol saatları idxal edilib. Bunun da ümumi idxal dəyəri $1.44 mln. təşkil edir. Bu saatların hər birinin orta qiyməti  $23 650 təşkil edib.

Qiymətli metaldan elektriklə işləyən mexaniki indikasiyalı qol saatlarının sayə 55 ədəd olub və buna görə ölkədən $1.04 mln. valyuta axıb xaricə. Bu qol saatlarının hər biri ölkəyə ortalama $18 871 qiyməti ilə alınıb.

Ölkəyə gətirilən qiymətli metaldan korpusu olan 3 qol saatı olub ki, buna görə ümumilikdə $140 min ödəniş edilib. Bu da orta qiymətin $46 667 olması deməkdir.

İlin ilk üç rübü ərzində Azərbaycanın İsveçrədən idxal etdiyi qol saatları

Məhsulun adı

2023

2022

Sayı, ədəd Dəyər, min $ Sayı, ədəd Dəyər, min $
  Qiymətli metaldan elektriklə işləyən mexaniki 55  1,037.93 31     622.02
  Qiymətli metaldan elektriklə işləyən digər 2        0.63 281     125.01
  Qiymətli metaldan avtomatik qurulma ilə işləyən digər 61  1,442.65 80  1,170.29
  Qiymətli metaldan digər 3     140.00 13      91.64
  Adi korpuslu elektriklə işləyən mexaniki indikasiyalı 8483  2,325.28 6690  1,253.43
  Adi korpuslu elektriklə işləyən digər 3        0.55 63        2.84
  Adi korpuslu avtomatik qurulma ilə 1377  4,110.41 1000  2,627.01
  Adi korpuslu digər 62     164.96 260     237.35
Cəmi 10046  9,222.41 8418  6,129.59

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər