9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanlıların “Qiwi”də qalan vəsaitlərinin aqibəti necə olacaq?

Azərbaycan vətəndaşlarının Rusiyada fəaliyyəti dayandırılmış “Qiwi Bank”ın pul cüzdanlarında qalan pullarının aqibəti xarici yurisdiksiya ilə həll olunacaq.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) Report agentliyinə bildirilib.

“Qiwi” pul cüzdanı xarici yurisdiksiyaya aid olduğundan ödəniş xidməti istifadəçilərinin hüquqlarının qorunması məsələləri də müvafiq yurisdiksiya çərçivəsində tənzimlənir.

Məlum olduğu kimi, ölkə daxilində elektron pul təşkilatlarının fəaliyyəti və elektron pulun emissiyası ilə bağlı münasibətlər 2023-cü ilin 9 noyabr tarixində qüvvəyə minmiş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunu ilə tənzimlənir və həmin qanunda elektron pul cüzdanlarında olan pul vəsaitlərin hüquqi rejimi ilə yanaşı hazırda beynəlxalq təcrübədə tətbiq olunan vəsaitlərin qorunma mexanizminin tətbiqini zəruri edən təhlükəsizlik normaları da yer alıb”, – AMB bildirir.

Tənzimləyici qurum vurğulayır ki, Azərbaycanda elektron pul təşkilatları tərəfindən qəbul edilmiş pul vəsaitlərinin ayrıca bank hesabında saxlanılması, müvafiq miqdarda sığortaçıda mülki məsuliyyətinin sığortalanması, qarantiya ilə təmin olunması kimi tədbirlər həyata keçirilə bilər.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı fevralın 21-də “Qiwi Bank”ın lisenziyasını ləğv etdikdən sonra “Qiwi” pul cüzdanları vasitəsilə əməliyyatlar bloklanıb və istifadiçələrin vəsaitlərinin hesabdan çıxarılması dayandırılıb.

Son xəbərlər
Digər xəbərlər