13 C
Baku
Friday, March 29, 2024

Azərbaycanlının baxışı ilə ABŞ haqqında 10 fakt

1. Sən ABŞ-da susuzluqdan ölməzsən – su havayıdır. Hər yerdə içməli su ilə olan fontana rast gəlməkdən əlavə, istənilən ictimai müəssisədə sən pulsuz su istəyə bilərsən. Məsələn, Starbaksa daxil olub, bir stəkan buzlu su istəməyinə heç kəs əngəl ola bilməz. Bütün bu xidmətlər isə havayıdır

2. Hamı hər şeyi buzla içir – buzlu içkilər normadır. Sən harasa gələndə, sənə heç nə demədən adi qaydada buzlu su süzürlər. Otellərdə bütün soyuducular buz yaradan aparatlarla təchiz edilib, supermarketlərdə də içməli su aparatları vardır.

3. Birləşmiş ştatlarda hamı sizinlə salamlaşır və üzünüzə gülümsəyir. Kimsə bunu səmimi qəlbdən edir, kimsə isə mədəniyyət xətrinə, amma fakt faktlığında qalır. Hara gəlməyindən və kimlə görüşməyindən və ya təsadüfi rastlaşmağından asılı olmayaraq hamı üzünə gülümsəyəcək və “işlərin necə getdiyini” də soruşa bilərlər.

4. Vergilər qiymətə daxil deyil. Biz öyrəşmişik dükana daxil olanda və kafedə nəisə sifariş edəndə, insan qiymət cədvəlinə nəzər salır və yekun qiyməti görür. ABŞ-da bu heç də belə deyil – vergi qiymətə daxil edilmir, həm də ki, müxtəlif ştatlarda və şəhərlərdə vergilər fərqlidir. Bununla əlaqədar olaraq, büdcəni öncədən planlaşdırmaq olduqca çətin olur.

5. Orada “çay pulu” demək olar ki, məcburidir və bəzən həddindən artıq yüksəkdir. Maraqlı məqam odur ki, hara gedirsən-get, sənin həmin yerdə “çay pulu” saxlayacağın gözlənilir, yəni öz istəyinlə heç nə demədən və soruşmadan. Təəccüblüsü odur ki, söhbət-qəpik quruşdan getmir, “çay pulular” yüksəkdir. Məsələn taksi nümunəsində baxaq, səfər başa çatdıqdan sonra, hətta siz kartla ödəniş etsəniz də, sürücüyə minnətdarlığınızı üç formada bildirə bilərsiniz: “çay pulu” -12%, “çay pulu” -17% və “çay pulu” – 22%. Lakin “çay pulu” olmayan variant mövcud deyil.

6. Hər yerdə kartla ödəniş etmək mümkündür, tamamı ilə hər yerdə. Özü də ki, artıq əksəriyyət ancaq kartdan istifadə edir. Taksi, metro, kafe, supermarket – hər yerdə ödəniş terminalları vardır.

7. ABŞ-da əlillər sanki əlil deyil, adi insanlardır – çünki hər şey onlar üçün elə rahat şəkildə hazırlanıb ki: avtomatik qapılar, liftlər – hər şey var və çox rahatdır.

8. Nyu-Yorkda metro qorxuludur və Bakı metrosu ilə müqayisədə heç də gözəl deyil, amma çoxfunksiyalıdır, stansiyalar özü isə çirkli və ürəksıxıcıdır. Amma əvəzində metronun içində kondisioner çox gözəl işləyir.

9. Bir də insanlar haqqında. Əksəriyyət elə ilk başlanğıcdan çox mehribandır. Haqlı və ya haqsız olsalar da, onlar həmişə ilk olaraq üzrxahlıq edir və “bağışlayın” deyirlər, hər ehtimala qarşı. Hətta uşaqlar da belədir.

Yəqin bu xüsusiyyət körpəlikdən tərbiyə edilir.

10. Kim necə istəyir elə də geyinir. Dəb arxasınca qaçanları, ədabazlıq edənləri görmək mümkün deyil, hamı qarışıq geyinir. Belə təəssürat yaranır ki, çoxları üçün bu elə də vacib məsələ deyil, siz nə geyinmisiniz və ya ümumiyyətlə geyinmisinizmi?

Son xəbərlər
Digər xəbərlər