10 C
Baku
Saturday, November 23, 2024

“Azərelektrikşəbəkətikinti” ləğv edilir

29 aprel 2022-ci il saat 14.00-da “Azərelektrikşəbəkətikinti” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.

Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Cəmiyyətin 2021-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair idarə heyətinin hesabatı.

2. Cəmiyyətin ləğv olunması.

3. Cəmiyyətin ləğv olunması ilə əlaqədar Ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi.

4. Digər məsələlər.

Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.

COVID–19 pandemiyası ilə əlaqədar peyvənd, immunitet sertifikatı və ya COVID–19 virusuna yoluxmamaq barədə testin nəticələrini təqdim etməyən şəxslər iclasda iştirak edə bilməzlər.

Yığıncaqda iştirak etmək üçün gələn şəxslərin qeydiyyatı saat 12.00-dan 14.00-a kimi aparılacaqdır.

Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil olunmuş nümayəndələr notarial təsdiqlənmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.

Ünvan- Bakı şəhəri, Nəsimi rayonu, Rövşən Cəfərov küçəsi 17.

Xatırladaq ki, “Azərelektrikşəbəkətikinti ” ASC 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 172 600 manatdır.

Son xəbərlər
Digər xəbərlər