12 C
Baku
Monday, November 18, 2024

“Azərelektrikşəbəkətikinti” ötən ili 1.5 milyon manat zərər ilə başa vurub

“Azərelektrikşəbəkətikinti” ASC 2022-ci ili 1 milyon 459 min manat  zərər ilə başa vurub. Halbuki, şirkət 2021-ci ildə 35 436 manat mənfəət etmişdir.

Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Azərelektrikşəbəkətikinti” ASC-nin əsas əməliyyat gəlirləri 116 120 manat (əvvəlki il 8 milyon 193 min manat), sair əməliyyat xərcləri 854 min manat (əvvəlki il 934 min manat), inzibati xərcləri 721 min manat (əvvəlki il 1 milyon 600 min manat) təşkil edib.

31 dekabr 2022-ci il tarixində “Azərelektrikşəbəkətikinti”nin cəmi aktivləri 2 milyon 195 min manat olub ki, bu da illik müqayisədə 42% azalma deməkdir.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 556 min manatdan 513 min manata, cəmi kapitalı isə 3 milyon 195 min manatdan 1 milyon 681 min manata düşüb.

Xatırladaq ki, “Azərelektrikşəbəkətikinti ” ASC 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 172 600 manat və qanuni təmsilçisi Baxış Babayevdir.

hj

Son xəbərlər
Digər xəbərlər