“Azərelektrikşəbəkətikinti” ASC 2024-cü ili 126 min manat zərər ilə başa vurub. Şirkət 2023-cü ildə 271 min manat zərər edib ki, bu da illik müqayisədə zərərin 54% azalması deməkdir.
Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Azərelektrikşəbəkətikinti” ASC-nin əsas əməliyyat gəlirləri 23% azalaraq 86 min manat (əvvəlki il 112 min manat), inzibati xərcləri 45% azalaraq 212 min manat (əvvəlki il 383 min manat) təşkil edib.
31 dekabr 2024-cü il tarixində “Azərelektrikşəbəkətikinti”nin cəmi aktivləri 1 milyon 886 min manat olub ki, bu da illik müqayisədə 1% azalmadır.
Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 513 min manatdan 517 min manata çatıb, cəmi kapitalı isə 1 milyon 395 min manatdan 1 milyon 369 min manata düşüb.
Xatırladaq ki, “Azərelektrikşəbəkətikinti ” ASC 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 172 600 manat və qanuni təmsilçisi Baxış Babayevdir.