1 C
Baku
Saturday, December 14, 2024

“Azərelektroterm” ASC 439 min manat üzərində gəlirə qarşı 187 min manat xalis mənfəət əldə edib

“Azərelektroterm” ASC ötən il 439 min manat üzərində gəlirə qarşı 187 min manat xalis mənfəət əldə edib və öncəki ilin maliyyə nəticələrini xeyli üstələyib.

Banker.az xəbər verir ki, bu barədə şirkətin 2023-cü il dekabrın 31-ə olan balans hesabatında bildirilir.

Hesabata görə, şirkət bu müddət ərzində 20 min manata yaxın satışın maya dəyərinə, 102 min manat üzərində idarəetmə xərclərinə, 76 min manat amortizasiyaya xərc çəkmiş olub.

Şirkətin öncəki ildə xalis mənfəəti 90 min manatın altında idi.

“Azərelektroterm” keçən il aktivlərini 11.85 mln. manatdan 12.02 mln. manata qaldırarkən, öhdəlikləri 2.23 mln. manatdan 2.24 mln. manata yüksəlib.

Şirkətin xalis aktivlərinin həcmi 9.77 mln. manatdır. Bunun 7.81 mln. manatı illərin yığılmış mənfəəti və 1.77 mln. manatı nizamnamə kapitalıdır.

Son xəbərlər
Digər xəbərlər