29 C
Baku
Saturday, June 21, 2025

“Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Azərelektroterm” ASC-nin nizamnaməsinə əsasən, səhmdarların növbəti illik ümumi yığıncağının məsafədən (onlayn qaydada) keçirilməsi 12 avqust 2025-ci il saat 11.00-da nəzərdə tutulur.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Cəmiyyətin 2024-cü il üzrə illik maliyyə hesabatının təsdiq edilməsi.
2. Cəmiyyətin baş direktorunun vəzifədən azad edilməsi və yeni baş direktorun seçilməsi.

Qiyabi keçirilən ümumi yığıncağın gündəliyinin materiallarını və əlavə məlumatları “Azərelektroterm” ASC, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi (keçmiş 1222-ci küçə) 12 nömrəli ünvandan əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər