“Azərelektroterm” ASC ötən ili 67 min manat mənfəətlə başa vurub. 2023-cü ildə ASC-nin mənfəəti 187 min manat olub ki, bu da illik müqayisədə 3 dəfəyə yaxın azalmadır.
Banker.az xəbər verir ki, bu barədə şirkətin 2024-cü il dekabrın 31-ə olan balans hesabatında bildirilir.
Hesabata görə, şirkət bu müddət ərzində 313 min manat üzərində idarəetmə xərclərinə, 69 min manat amortizasiyaya xərc çəkmiş olub.
“Azərelektroterm”in keçən il aktivləri 12.02 mln. manatdan 10.25 mln. manata düşüb, kapitalı isə 9.77 mln manatdan 9.84 mln manata çatıb.
Müxtəlif metal konstruksiyaların istehsalı ilə məşğul olan “Azərelektroterm” ASC 2024-cü ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Zahid Əmirovdur.







