Elektrik enerjisinin istehsalı və ötürülməsi üzrə dövlət inhisarçısı olan “Azərenerji” ASC Sumqayıtdakı üç istehsal müəssisəsinə 35 kV-lik elektrik verilişi xətlərinin çəkilişi barədə müqavilə imzalayıb.
Tenderin nəticələrinə əsasən, müqavilə “Electro Industries” QSC-yə verilib. Sumqayıtdakı 110/35/6 kV-lıq 3 nömrəli yarımstansiyadan bitki yağları, plastik məmulatlar və karton materialların istehsalı zavodlarına elektrik ötürücü xətlər çəkiləcək. Bu müəssisələrin hamısı “Azərsun Holdinq” şirkətlər qrupuna aiddir. “Electro Industries” bu işə görə 2 milyon 33.1 min manat (1.2 milyon dollar) alacaq.