10 C
Baku
Friday, March 6, 2026

“Azərenerji” Naxçıvanda elektrik xəttinə 7 milyon manat xərcləyəcək

“Azərenerji” 110 kV-luq elektrik xəttinin yenilənməsi üçün 6,6 milyon manatlıq müqavilə bağladı.

Banker.az xəbər verir ki, “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti 110 kV-luq “Naxçıvan Şəhər” yarımstansiyasından (YS) çıxan elektrik verilişi xətlərinin yenilənməsi ilə bağlı satınalma həyata keçirib.

Satınalmanın qalibi “AzConstruction” Qapalı Səhmdar Cəmiyyəti olub.

Müqaviləyə əsasən, 110 kV-luq “Naxçıvan Şəhər” YS-dan çıxan 110 kV-luq elektrik verilişi xəttinin (EVX) kabel xətləri ilə əvəzlənməsi işləri həyata keçiriləcək. Layihə çərçivəsində mövcud hava xəttinin kabel xətti ilə əvəz olunması nəzərdə tutulur.

Satınalma müqaviləsinin dəyəri 6 milyon 664 min manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər