Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində “Azərenerji” ASC-nin Bakı və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb.
Bu barədə “APA-Economics”ə “Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, bununla əlaqədar olaraq “Azərişıq” ASC-nin şəbəkələrində də qismən məhdudiyyətlər tətbiq edilib və elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranıb: “Yaranmış narahatlığa görə “Azərişıq” ASC abonentlərindən üzr istəyir”.