Azərbaycan “Azərenerji” ASC üçün Rusiyanın “Qazprom” şirkətindən təbii qaz almağı nəzərdə tutur. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) səmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, “Azərenerji” ASC-yə Rusiya qazının nəql olunması üçün SOCAR-ın
infrastrurukturundan istifadə oluna bilər.
“Azərbaycanda “Azərenerji”yə əlavə həmcdə qaz lazımdır, hazırkı həcm çatmır. Buna görə də qaz idxalı nəzərdə tutulur. SOCAR bunun üçün öz infrastrukturunu təklif edə bilər”, – deyə E.Nəsirov əlavə edib.
Report
Bizi twitterdə izləyin @Bankeraz