“Azərenerji” ASC bu il elektrik enerjisini Türkiyəyə öncəki illə müqayisədə 160% baha satır.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, 2023-cü ilin ilk üç rübü ərzində Azərbaycan Türkiyəyə elektrik enerjisi ixracının həcmini 1 milyard 504.5 milyon kilovat/saata yüksəldib ki, bu da illik müqayisədə 4 dəfəyə yaxın artırmaqdır.
Türkiyəyə ixrac edilmiş elektrik enerjisi üzrə ölkəyə $235.8 mln. valyuta əldə edib.
Elektrik enerjisinin hər 1 kVt-saatının qiyməti ötən ilin ilk üç rübü üzrə ortalama 6 sentə olduğu halda, cari ildə bu qiymət 2.6 dəfə bahalaşmaqla 16 sent (cari məzənnə ilə 27 qəpik) təşkil edib.
Tarif Şurasının 16 oktyabr 2021-ci il tarixli qərarına əsasən “Azərenerji” ASC elektrik enerjisini yerli bazarda topdansatış olaraq hər kVt saatını 6.6 qəpiyə ticarət edir.
Azərbaycan ilin ilk üç rübündə qonşu ölkələrə 3 milyard 100.18 mln. kVt-saat elektrik enerjisi ixrac edib və bunun da ixrac dəyəri $330.4 mln. təşkil edib.
Ölkə | 2022-yanvar-sentyabr | 2023-yanvar-sentyabr | ||
min kVt.s | min dollar | min kVt.s | min dollar | |
Gürcüstan | 122,951.19 | 6,988.17 | 1,481,758.36 | 90,675.53 |
İran | 75,483.77 | 3,013.48 | 25,005.00 | 710.45 |
Rusiya | 67,141.97 | 2,748.42 | 88,924.79 | 3,278.39 |
Türkiyə | 391,721.46 | 23,644.75 | 1,504,489.38 | 235,774.14 |
CƏMİ | 657,298.39 | 36,394.82 | 3,100,177.53 | 330,438.51 |