“Azərenerji” 3 şirkətlə 2 milyon manata yaxın müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, bu şirkətlər “Novum Fmcg”, “Buta Supply” və “İnfinitech” MMC-lərdir.
Müqavilələrdə müvafiq olaraq avtomobillərin ehtiyyat hissələrinin satın alınması, Elektrik malları və müxtəlif növ kompüter avadanlıqları və aksessuarların satın alınması nəzərdə tutulur.
3 müqavilənin ümumi məbləği isə 1 910 171 manatdır.