Bu ilin yanvar- fevral ayında Azərenerji xarici ölkələrə 16.1 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.
Banker.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 1.7 milyon ABŞ dolları azdır.
Qeyd edək ki, ötən ilin iki ayı ərzində Azərenerji 17.8 milyon dollarlıq elektrik enerjisi ixrac edib.