“Azərenerji” ASC bu ilin ilk 4 ayında 23 milyon 164 min ABŞ dolları dəyərində 575 milyon 326 min kVt/saat elektrik enerjisi ixrac edib.
Banker.az Dövlət Gömrük Komitəsindən əldəetdiyi məlumata əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11 milyon 134 min (32.4%) ABŞ dolları və yaxud 22.7% azdır.
Elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0.4 %, qeyri-neft sektoru üzrə ixracında isə 3.3 % paya malik olub.