“Azərenerji” ASC bu ilin yanvar-iyul aylarında elektrik enerjisi ixracından gəliri 32.4 milyon ABŞ dolları dəyərində olub.
Banker.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9.9 milyon ABŞ dolları və yaxud 23.4% azdır.
Qeyd edək ki, ötən ilin eyni dövründə Azərenerji 42.3 milyon dollarlıq elektrik enerjisi ixrac edib.