Azərbaycanın energetika nəhəngi “Azərenerji” Açıq Səhmdar Cəmiyətinin kredit borclarının həcmi 1 mlrd. manata yaxın bir həddə düşüb.
Bu barədə Banker.az dövlət şirkətinin 1 yanvar 2022-ci il tarixinə təqdim etdiyi audit hesabatında deyilir.
Qeyd edilən tarixə onun, kredit və borc vəsaitlərinin (uzunmüddətli olan hissə) 1 mlrd. 36.78 mln. manat təşkil edib. Bu da “Azərenerji”nin 2021-ci ildə bu borclarını 212.7 mln. manat, yaxud 17 faiz azalması deməkdir.
“Azerenerji”nin həmin dövr üçün cəmi öhdəlikləri 2 mlrd. 503.29 mln. manatdır. Bunun 1 mlrd. 836.95 mln. manatı uzunmüddətli borclardır.