20 C
Baku
Saturday, May 25, 2024

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən indiyədək 600 mln. tona yaxın neft hasil edilib

2022-ci ilin yanvar-avqust aylarında ölkədə 21,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 13,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı isə 5,1 milyon ton təşkil edib.

Energetika Nazirliyindən Banker.az-a verilən məlumata əsasən, hesabat dövründə 17,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 16,6 milyon tona yaxını konsorsiumun, 1 milyon tonu isə SOCAR-ın payına düşür.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 sentyabr 2022-ci il tarixinədək 598,9 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 560,2 milyon ton neft, “Şahdəniz”dən isə 38,7 milyon ton kondensat çıxarılıb. Bundan cari ilin 01 sentyabr tarixinədək 597 milyon tonu ixraca nəql olunub.

Ölkədə neftin emalı 2022-ci ilin yanvar-avqust aylarında 3,9 milyon ton təşkil edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər