9 C
Baku
Sunday, November 17, 2024

“Azəri-Çıraq-Günəşli”dən qaz hasilatı 200 milyard kubmetrə çatıb

2022-ci ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 34,4 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 10 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 18,5 milyard kubmetri “Şahdəniz”dən, 5,9 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 8,6 faiz, yəni 2,7 milyard kubmetr artımla qaz hasil edilib.

Bu barədə Banker.az-a Energetika Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, bu müddətdə Türkiyəyə TANAP-la 4,2 milyard kubmetrə yaxın qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 01 oktyabr tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 200 milyard kubmetr, “Şahdəniz”dən isə 176 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 122,6 milyard kubmetr həcmi ixraca nəql edilib.

 

Son xəbərlər
Digər xəbərlər