2 C
Baku
Saturday, December 14, 2024

Azəri-Çıraq-Günəşlinin hasilatı illik 13% azalıb

2023-cü ildə Azəri-Çıraq-Günəşlinin (AÇG) stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

Bu barədə Banker.az-a məlumat AÇG-nin operatoru BP Azerbaijan-dan məlumat daxil olub. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (96 000), Qərbi Azəri (86 000), Şərqi Azəri (58 000), Dərinsulu Günəşli (67 000) və Qərbi Çıraq (33 000) platformalarından birlikdə – gündə orta hesabla 363 000 barel və ya ümumilikdə təxminən 133 milyon barel, yəni 18 milyon ton olub.

Bu 2022-ci ildən 52 400 min barel və ya 13% azdır.

Belə ki, 2022-ci ildə AÇG-dən ümumi hasilat – Çıraq (25 200), Mərkəzi Azəri (104 100), Qərbi Azəri (106 400), Şərqi Azəri (64 000), Dərinsulu Günəşli (76 300) və Qərbi Çıraq (39 400) platformalarından birlikdə – gündə orta hesabla 415 400 barel və ya ümumilikdə təxminən 152 milyon barel, yəni 20 milyon ton olmuşdu.

Energetika Nazirliyinin 2023-cü ilin dekabr üzrə ölkə üzrə operativ göstəricilərinə əsasən, hasilatı 604 min barel olub. Bunun 482 min barelini xam neft, 122 min barelini kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir.

2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edəcək.

Dekabr ayının 12-də AÇG Qərbi Azəri platformasından bir milyardıncı barel neft hasilatının əldə olunmasını qeyd etdi.

İlin sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

İl ərzində AÇG-də 8 neft hasilatı, 6 su injektoru və 1 qaz injektoru quyusu tamamlanmışdır.

Səmt qazı

2023-cü il ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,5 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

Qeyd edək ki, 2022-ci il ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7 milyon kubmetr, ümumilikdə isə 2,6 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdu.

AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).

Son xəbərlər
Digər xəbərlər