Milli Onkologiya Mərkəzi “Azəri-Med” QSC ilə 3 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Şüa avadanlıqlarına və digər tibbi avadanlıqlara texniki xidmətlərin göstərilməsi, ehtiyyat hissələrinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 2 milyon 999 min 448 manatdır.