18 C
Baku
Sunday, September 8, 2024

“Azəri Star Mikromaliyyə” BOKT 2022-ci ili də zərərlə tamamladı – Yığılmış zərər 624 minə yüksəldi

“Azəri Star Mikromaliyyə” Bank Olmayan Kredit Təşkilatı MMC 2022-ci ildə zərərinin həcmini bir qədər də yüksəldib.

Banker.az xəbər verir ki, bu barədə onun audit hesabatında bildirilir.

Hesabat ərzində BOKT 15 533 manat faiz gəliri əldə edib və bu 2021-ci ildə 26 127 manat idi.

BOKT-nin 47 334 manat (2021: 50 202 manat) ümumi inzibati xərclər və 22 571 manat xarici valyuta üzrə aparılan əməliyyatlardan zərər edib.

Bununla da BOKT 2022-ci ili 54 372 manat həcmində zərər edib.

Bu zərərdən sonra “Azəri Star Mikromaliyyə”nin illərin yığılmış zərəri 623 799 manata yüksəlib. Cari ilin fevralında BOKT-nin bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının 610 000 manatdan azaldılaraq 305 000 manat məbləğində müəyyən ediblər.

1 yanvar 2023-cü il tarixinə BOKT-nin cəmi aktivləri 251 320 manat olub, bunun da 219 091 manatı müştərilərə verilən kreditlərdir.

 

Screenshot 20230429 131116 Samsung Notes1 Screenshot 20230429 131123 Samsung Notes1 Screenshot 20230429 131129 Samsung Notes2 Screenshot 20230429 131139 Samsung Notes1

Son xəbərlər
Digər xəbərlər