“Azəri Star Mikromaliyyə” MMC bank olmayan kredit təşkilatının (BOKT) nizamnamə kapitalı azaldılır.
Banker.az-ın məlumatına görə, Bank Olmayan Kredit Təşkilatı “Azəri Star Mikromaliyyə” MMC bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının 610 000 manatdan azaldılaraq 305 000 manat məbləğində müəyyən olunmasını elan edir.
Qeyd edək ki, “Azəri Star Mikromaliyyə” MMC BOKT 2003-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Elnur Allahverdiyevdir.