7 noyabr 2025-ci il tarixində saat 10:00-da hərraca çıxarılacaq “Azərikard” MMC-nin balansında olan nəqliyyat vasitələri açıqlanıb.
Banker.az xəbər verir ki, nəqliyyat vasitələri Bakı şəhəri, Təbriz küçəsi 21, kəsir 23 ünvanında yerləşir.
Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər :
Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;
“Azərikard” MMC-nin hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.