9 C
Baku
Sunday, November 17, 2024

“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb

Azərbaycanda fəaliyyətdə olan prosessinq mərkəzi “Azərikard” MMC-nin direktor müavini vəzifəsindən ayrılaraq Türkiyədə karyerasını davam etdirəcək.

Banker.az-a şirkətə yaxın mənbədən bildiriblər ki, “Azərikard”ın baş direktorun müavini Ersin Ünsal aprel ayından etibarən şirkətdəki vəzifəsindən ayrılıb.

E.Ünsal 2020-ci ilin sentyabrından şirkətdə müvafiq vəzifəyə təyin edilmişdi.

Onun yeni iş yeri İstanbuldakı “PozitifTech” şirkəti olacaq.

“Azərikard”ın baş direktoru Fərid Quliyevdir. Onun iki müavini var – Zakir Əhmədov və Fərid Məmmədzadə.

 

Son xəbərlər
Digər xəbərlər