23 C
Baku
Saturday, April 20, 2024

“Azəripək” 2020-ci ili də zərərlə başa vurdu

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azəripək” MMC 2020-ci ili 268 min 307 manat zərərlə başa vurub. 2019-cu ili isə “Azəripək” MMC  262 min manat zərərlə başa vurmuşdur.

Banker.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə şirkətin zərəri 2.3% artıb.

2021-ci il yanvarın 1-nə “Azəripək”in aktivləri 11 milyon 277 min manat olub ki, bu da illik müqayisədə 18.3% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 65% artaraq 3 milyon 751 min manata, balans kapitalı isə 3.6% artaraq 7 milyon 526 min manata çatıb.

Xatırladaq ki, “Azəripək” 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalat, burucu sex, qeyri-istehsal sahələrinə isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələri daxildir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər