Ötən il “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəripək” MMC 1.1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banker.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayına istinadən xəbər verir ki, bu 2019-ci illə müqayisədə 341 min ABŞ dolları və yaxud 44.9% çoxdur.
Qeyd edək ki, 2019-cu ildə “Azəripək” MMC-nin ixrac etdiyi məhsulların dəyəri 759 min olmuşdur.