Bu ilin yanvar-mart aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azəripək” MMC 603 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21.5 dəfə çoxdur.
Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında “Azəripək” MMC 28 min ABŞ dolları dəyərində məhsul ixrac edib.