“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “Azəripək” MMC-nin direktoru Səməd Nəbiyev Məmməd oğlu işdən çıxıb.
Banker.az xəbər verir ki, şirkətə rəhbərlik Anar Dadaşev Əli oğluna həvalə edilib.
“Azəripək” MMC-nin nizamnamə kapitalı 11 703 379.17 manatdan 14 856 668 manata çatdırılıb.
“Azəripək” 2018-ci ildə yaradılıb. Şirkətin tərkibindəki istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir.