8 C
Baku
Sunday, November 17, 2024

“Azəripək” şirkətinin zərəri artıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə şirkəti olan “Azəripək” MMC 2022-ci ili 202 min 599 manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2021-ci ili 194 min 376 manat xalis zərər ilə bağlamışdı. Beləliklə, illik müqayisədə “Azəripək” MMC-nin xalis zərəri 4.2% artıb.

Banker.az  bu barədə MMC-nin maliyyə hesabatlarına istinadən xəbər verir.

Ötən il “Azəripək” MMC-nin gəlirləri 4 milyon 43 min manat (əvvəlki ilə nisbətən 48% az), satışın maya dəyəri 3 milyon 463 min manat (52% az) təşkil edib.

Xatırladaq ki, “Azəripək” 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir. Qeyri-istehsal sahələri isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələrindən ibarətdir.

Son xəbərlər
Digər xəbərlər