15 C
Baku
Tuesday, April 16, 2024

“Azəripək”in ixracdan qazancı 2 dəfədən çox azalıb

2022-ci ilin yanvar-dekabr aylarında “Azəripək” MMC 1.7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Banker.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.

2021-ci ilin eyni dövründə isə “Azəripək”in ixracdan gəliri 4 milyon ABŞ dolları olub. Belə ki, illik müqayisədə gəlirləri 2.4 dəfə azdır.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2017-ci il tarixli № 1665 saylı fərmanına əsasən “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadənin 13 aprel 2018-ci il tarixli fərmanı ilə “Azəripək” MMC yaradılıb.

Son xəbərlər
Digər xəbərlər