“Azəriqaz” İB “Akkord Asfalt” Məhdud Məsuliyyətli Cəmiyyətini məhkəməyə verib.
Banker.az xəbər verir ki, müqavilələrdən (istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr – üzrə qaldırılıb.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.
Bildirək ki, “Akkord Asfalt” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 7 665 385 manatdır və qanuni təmsilçisi Anar Məmmədovdur.