Bu ilin fevralında “Azəriqaz” İB 980 mln. kubmetr qaz qəbul edib. Bu göstərici ötən ilin fevral ayı ilə müqayisədə 13.3 mln. kubmetr çoxdur.
Banker.az xəbər verir ki, bunu “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası zamanı bildirib.
O, qeyd edib ki, qazın 772 mln. kubmetri əhali, 208 mln. kubmetri isə qeyri-əhali abonent qrupunun payına düşüb.