Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 4 milyard 509 milyon kubmetr təbii qaz qəbul edib.
Bunu qurumun baş direktoru Ruslan Əliyev media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 329 milyon kubmetr va yaxud 7.9% çoxdur.