13 C
Baku
Saturday, November 23, 2024

“Azəriqaz” Mübariz Mənsimovun Azərbaycandakı şirkətini məkəməyə verib

Azərbaycanlı milyarderin 2008-ci ildə Lənkaranda təsis etdiyi qida şirkətinə qarşı iddia qaldırılıb.

Banker.az əldə etdiyi məlumata görə, haqqında müraciət edilən şirkət “Palfood” MMC-dir.

İddianı qaldıran ölkədə qaz bazarının yeganə təchizatçısı olan “Azəriqaz” İstehsalat Birliyidir. Qaz təchizatçısı Şirvan Kommersiya Məhkəməsinə müraciət edib.

Müraciətdə müqavilədən gələn öhdəliyin istehlak edilmiş təbii qazın haqqının ödənilməsi üzrədir.

Türkiyədə Azərbaycan əsilli milyarder Mübariz Mənsimovun gəmiçilik və logistik xidmətləri həyata keçirən “Palmali” Şirkətlər Qrupu 2005-ci ildə Lənkəran şəhərində “NURSÜD” Süd və Süd Məhsulları Zavodunun tikib, zavod 2008-ci ilin fevral ayından fəaliyyət göstərib.  Zavod süd və süd məhsulları istehsalı ilə yerli bazara məhsul çıxarırdı.

“PalFood” MMC-nin nizamnamə kapitalı 4 457 867 mln. manat nizamnamə kapitalına sahibdir.

Son xəbərlər
Digər xəbərlər