ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi bütün abonentlərini xəbərdar edir ki, Respublika üzrə “Modenis” MMC məxsus E-manat və “Komtec” LTD məxsus MilliÖN ödəmə terminallarının server sistemində yeni avadanlıqların quraşdırılması həyata keçirildiyi üçün bu gün saat 22:00-dan etibarən 13.12.2014 tarixdə saat 01:00-dək təbii qazdan istifadə məqsədi ilə Smart kart tipli qaz sayğaclarına pul yüklənilməsi üçün aparılan əməliyyatlarda 3-saatlıq fasilələr yaranacaq.
Qeyd olunan zaman ərzində abonentlərdən ödəniş etməmələri xahiş olunur.
BizimYol