10 C
Baku
Thursday, December 12, 2024

“Azəriqaz”: Qaz itkiləri minimuma endirilməlidir

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) əsas hədəflərindən biri – Azərbaycanın qaz təsərrüfatında itkilərin minimum həddə çatdırmaqdır.

Bunu “Azəriqaz”ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov deyib.

Onun sözlərinə görə, itkilərin əsas səbəblərindən biri Azərbaycanda olan qaz təsərrüfatının böyük bir hissəsinin əsasən Sovet dövründə inşa edilmiş şəbəkədən və avadanlıqlardan ibarətdir.

“Bu şəbəkəni tam yenilənməsi, müasirləşdirilməsi, yeni bir səviyyəyə çatdırılması üçün əlbəttə, böyük bir investisiyalar tələb olunur. “Azəriqaz”ın daxili imkanları hesabına hər il yenidənqurma işləri aparılır, qaz xətlərinin yenilənməsi istiqamətində də işlər aparılır və əlbəttə ki, bu, 1-2 ilin işi deyil. Bizim şəbəkə 67 min kilometrdən çox olan qaz xətlərindən ibarətdir, burada həm yeraltı, həm də yerüstü şəbəkə var. Sözügedən şəbəkə tədricən yenilənir və qaz sızmaları aradan qaldırılır”, – deyə T. Cəfərov qeyd edib.

“Azəriqaz”ın rəsmisi onu da əlavə edib ki, görülən işlər nəticəsində ötən dövrlərə baxdıqda qaz itkiləri əhəmiyyətli dərəcədə azaldılıb və bu göstərici birrəqəmliyə çevrilib: “Lakin əsas hədəfimiz ondan ibarətdir ki, qaz itkiləri minimuma endirilsin”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər