8 C
Baku
Monday, November 18, 2024

“Azəriqaz”dan borcların silinməsi məsələsilə bağlı açıqlama

“Sahibkarlarla keçirilən görüşlərdə əsas məqsəd onların yerli nümayəndələr tərəfindən yerində dinlənilməsi və müvafiq tapşırıqların verilməsini təmin etməkdən ibarətdir”.

Bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, görüşlər müxtəlif istiqamətdə olur, lakin burada sahibkarların borclarının silinməsindən söhbət gedə bilməz:

“Bu, “Azəriqaz” İB-nin səlahiyyətində deyil. Biz yalnız sahibkarlar üçün güzəştlər edirik. Lakin bəzi sahibkarlar bu güzəştləri düzgün qiymətləndirmirlər”.

Baş direktorun sözlərinə görə, 50-yə yaxın istixana ilə artıq üçüncü dəfə protokol imzalanıb:

“Hər dəfə yeni protokolun imzalanmasına səbəb sahibkarlar tərəfindən protokolun tələblərinə əməl edilməməsidir. Buna görə də biz sahibkarın qazını dayandırmalı oluruq”.

Ruslan Əliyev qeyd edib ki, bu gün ümumi istixanalar üzrə yığım səviyyəsi 70 faizin üzərindədir və İB ilin sonuna qədər bu rəqəmi 80 faizə çatdırmağı planlaşdırır.

MənbəOxu
Son xəbərlər
Digər xəbərlər