9 C
Baku
Sunday, November 17, 2024

“Azəriqaz”ın Baş direktoru: Azərbaycan qazlaşma səviyyəsi üzrə dünyada birinci yerdədir

Hazırda Azərbaycanda qazpaylayıcı şəbəkənin uzunluğu 73 min kilometrin üzərindədir.

Bunu SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Azər Məmmədov Bakıda keçirilən 1-ci Beynəlxalq “Caspian Gas İndustry Forum”da çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda “Azəriqaz” üzrə abonentlərin sayı 2,6 milyonu üstələyir.

Azər Məmmədov onu da qeyd edib ki, ölkə üzrə qazlaşma səviyyəsi 97%-ə yaxınlaşır və bu sahədə işlər davam etdirilir.

“Azərbaycanda qazlaşma səviyyəsi 97%-ə yaxınlaşır və bu da dünyada nömrə bir göstəricidir”, – Azər Məmmədov vurğulayıb.

O, əlavə edib ki, ölkəmiz qazlaşma göstəricisi üzrə Niderland, Gürcüstan, İtaliya, Böyük Britaniya kimi ölkələri üstələyir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər