31 C
Baku
Tuesday, July 22, 2025

“Azəriqaz”ın baş direktoruna yeni müavin təyin olundu

“Azəriqaz” İB-də baş direktor Azər Məmmədova maliyyə üzrə müavin təyin edilib.

Bu vəzifəyə Fərhad Mədətov gətirilib.

Fərhad Mədətov 1995-2001-ci illərdə Azərbaycan Texniki Universitetinin “Nəqliyyat” fakültəsini bakalavr və magistr dərəcələri ilə bitirib. 2005-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə bakalavr dərəcəsi alıb. Mühasibat və maliyyə sahələrində “Association of Chartered Certified Accountants” və “Corporate Finance İnstitute” kimi nüfuzlu beynəlxalq qurumlardan sertifikat və diplomlara malikdir.

Azərbaycanın ərazi bütovlüyü uğrunda İkinci Qarabağ Müharibəsinin veteranıdır. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Fərhad Mədətov müxtəlif xarici və yerli müəssisələrdə maliyyə və mühasibatlıq üzrə mütəxəsis və rəhbər vəzifələrində fəaliyyət göstərib.

2005- 2007-ci illərdə “European Tobacco” ASC-də mühasib kimi işləyib.

2008-2017-ci illərdə “Agro-Azərinvest” MMC-də Maliyyə meneceri, daha sonra Maliyyə Departamentinin Direktoru vəzifələrində işləyib.

2017-2019-cu illərdə “Gilan Holding”də Grupun Maliyyə Nəzarətçisi kimi çalışıb.

2019-2024-cü illərdə “Azerbaijan Fish Farm” MMC-də Maliyyə Departamentinin Direktoru kimi çalışıb.

2024-cü ildən “Odlar Yurdu” Universitetində Mühazirəçi müəllim kimi fəaliyyət göstərir.

2024-2025-ci illərdə “ATS Food” MMC-də Maliyyə Departamentinin Direktoru kimi fəaliyyət göstərib.

28 fevral 2025-ci ildən “SOCAR Azəriqaz İB”də Baş Direktorun müşaviri kimi fəaliyyətini davam etdirib.

Son xəbərlər
Digər xəbərlər