Dünən “Xəzər” televiziyasına müsahibə verən “Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva bildirib ki, ödəmə terminallarından “Azərişığ”ın qeyri-əhali ödənişlərinə görə əlavə 1 manat tutulacaq.
Maraqlıdır bəs bu həmdə online ödənişlərə aiddir?
Banker.az olaraq terminallardan qeyri-əhali ödənişlərinə görə əlavə 1 manat tutulması məsələsinin online ödənişlərə aid olub olmamasını araşdırdıq.
Sorğumuza cavab olaraq “Hesab.az”dan bildirildi ki, qeyd edilən ödənişə görə online xidmətlərdə heç bir komissiya haqqı tutulmur.
“eMANAT”dan sorğumuza cavab olaraq bildirilib ki, bu həm terminal vasitəsiylə ödənişlərdə, həm də online ödənişlərə aiddir.
“Milliön”dən isə bildirilib ki, mobil tətbiq və sayt üzrə Azərişiq qeyri-əhali xidməti mövcüd deyil, qeyd edilən ödənişə görə online xidmətlərdə heç bir komissiya haqqı tutulmur.
Qeyd edək ki, “ödəmə terminallarından “Azərişığ”ın qeyri-əhali ödənişlərinə görə əlavə 1 manat tutulacaq” qərarı “Milliön” və “Azərişıq” arasında qarşılıqlı razılaşma əsasında qəbul edilib. Bu xəbərdarlıq kimi bütün terminalların, aparatların üzərində həmin xidmətə daxil olaraq monitorda qeyd olunub.